Demokrat.az xəbər verir ki, vaksinasiya prosesinə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayından başlanılıb və 2025-ci ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 431 nəfər 0-17 yaş aralığı, 29 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.
Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
10Mənbələr
-
gundem.az35 min nəfər peyvənd olundu ( 14823591)
-
avtosfer.az35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - FOTO ( 14801647)
-
ulusum.az35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub ( 14800215)
-
yenigundem.azQrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşların nəzərinə ( 14799899)
-
medicalmedia.az35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub ( 14799447)
-
aznews.azAzərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub ( 14797943)
-
hafta.az35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB ( 14797485)
-
baki-xeber.com35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama ( 14797469)
-
missiya.azAzərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub ( 14797341)
-
medicina.azAzərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub ( 14797189)