Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar”ın da iştirak etdiyi “Fergani Speys” şirkətinin ilk peyki “SpeysX” raketi ilə kosmosa buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Buraxılış ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib. Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib”, - məlumatda deyilir.