AZ

Bayden gizli sənədlərlə Ağ Evi tərk edəcək

Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınları ilə Ağ Evi tərk etməyi planlaşdırır.

Editor.az bu barədə Associated Press-ə istinadla(AP) məlumat yayıb. “Yük maşınları artıq Ağ Evdədir və Baydenin işçiləri gələn həftə yola düşməyə hazırlaşarkən sənədləri yükləyirlər”,- deyə bildirilib. Agentlik qeyd edir ki, vəzifədən gedən administrasiya Ağ Evdən hansı sənədlərin çıxarılacağını müəyyən etmək üçün yeni, təhlükəsiz yoxlama protokolu vəd edib.

Vurğulanıb ki, Bayden sonuncu dəfə vəzifəsini tərk edərkən özü ilə “minlərlə sənədi” götürüb və saxlanması üçün ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinə göndərilməyə dəyər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
2
editor.az

4Mənbələr