AZ

Ombudsmandan Ermənistanın etnik təmizləmə siyasəti ilə bağlı açıq məktub

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili SəbinəƏliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik vənifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiyasiyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına,xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqlarıtəsisatlarına açıq məktub ünvanlayıb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Məktubda bildirilib:

“Hörmətli həmkarlar!

Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik vənifrət zəminində həyata keçirdiyi soyqırımı, etnik təmizləmə vədeportasiya siyasəti əsrlər boyu davam etmiş və müxtəlif tarixidövrlərdə açıq şəkildə özünü göstərmişdir.

Bu məkrli siyasətin 1990-cı illərdə daha da genişləndirilməsi,həm vəzifəli şəxslər, həm də fərdi insanlar, qruplar və təşkilatlarvasitəsilə azərbaycanlı əhaliyə qarşı etnik nifrətə əsaslanan,genişmiqyaslı və sistematik zorakılıq, soyqırımı aktlarınıntörədilməsi, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəyaşayan yüz minlərlə soydaşımızın öz tarixi ata-baba yurdlarındanzorla qovulmasına səbəb olmuşdur.

Ermənistanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə ziddolaraq həyata keçirdiyi bu cinayət aktları ölkənin keçmiş liderləriLevon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan tərəfindəndəfələrlə etiraf edilmişdir.

Ermənistanın Birinci Qarabağ müharibəsində iştirak etmiş sabiqprezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı söylədiyifikirlər açıq şəkildə etnik nifrətə dəstək verdiyini göstərmişdir.Belə ki, S.Sarkisyan britaniyalı jurnalist Tomas de Vaal iləmüsahibəsində Xocalı soyqırımının törədilməsinin məqsədini etirafetmişdir. Onun bu açıqlamaları soyqırımının Ermənistan rəhbərliyitərəfindən məqsədli şəkildə planlaşdırıldığını və Azərbaycanxalqına qarşı nifrətə əsaslandığını bir daha ortaya qoyur. Buetiraflar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyicinayətlərin geniş miqyasını və sistematik şəkildə həyatakeçirildiyini aydın şəkildə göstərir.

Son günlər Levon Ter-Petrosyanın mediada və sosial şəbəkələrdəyayılan videolarında söylədiyi fikirlər də Qərbi Azərbaycandansoydaşlarımızın zorla qovulması, Qarabağ və ətraf ərazilərdətörədilən soyqırımlarının məhz onların rəhbərliyi altında məqsədliolaraq həyata keçirildiyini bir daha təsdiqləyir.

Videoya baxdıqda aydın olur ki, Ermənistanın birinci prezidentiazərbaycanlıların Ermənistandan qovulmasının erməni şovinistlərininAzərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün aparılansiyasətin tərkib hissəsi olduğunu açıq şəkildə etiraf etmişdir. Buməqsədlə Basarkeçər, Uluxanlı, Amasya və bütövlükdə Zəngəzurdaəhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdənetnik təmizləmə tədbirlərinə hazırlıq görülmüşdür.

Levon Ter-Petrosyan öz çıxışında azərbaycanlıların Ermənistandanzorla qovulmasını “erməni xalqının böyük uğuru” kimi dəyərləndirmişvə yalnız bu addımla Ermənistanın müstəqillik yolunda irəlilədiyiniiddia etmişdir. Onun sözlərinə görə, Ermənistan və Qarabağınazərbaycanlılardan tamamilə təmizlənməsi, erməni xalqının əsrlərboyu həll edə bilmədiyi bir “problemi” aradan qaldırmaq deməkdir:“Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işinitəşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu.Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldəetməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq. Ermənistan vəQarabağ başqa millətlərdən tamamilə təmizlənib. Bir daha təkraredirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 ilsonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu günErmənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən(azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nəşimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruyabilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq.Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi.Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonlarıidi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər.Nə yaxşıki, bu problem vaxtında həll olundu.”

Bu sözlər bir daha təsdiq edir ki, Ermənistanın azərbaycanlılaraqarşı tətbiq etdiyi zorakı tədbirlər və etnik təmizləmə siyasətiməqsədyönlü, sistemli və düşünülmüş şəkildə həyata keçirilmişdir.Levon Ter-Petrosyanın erməni milli hərəkatının hərbi qanadı“Yerpaka” üzvlərinin qarşısında söylədiyi bu fikirlər Ermənistanrəhbərliyinin faşist və millətçi ideologiyaya əsaslanan siyasətini,Azərbaycana qarşı nifrət və kin bəslədiyini açıq şəkildə nümayişetdirir.

Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-azərbaycanvə anti-türk nifrətinin formalaşdırılması və ötən dövr ərzində dahada inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşıtörədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkiletmişdir.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh vəinsanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etniktəmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslısübut və dəlillər mövcuddur. Bu faktlarla bağlı beynəlxalqqurumlara dəfələrlə müvafiq hesabatlar, , , bəyanatlar vəmüraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikilistandartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ dəadekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biridə odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərininkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşımənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsitendensiyası müşahidə olunur.

Bundan əlavə, təqdim etdiyimiz hesabatlardan aydın olduğu kimi,ötən dövr ərzində iştirakçısı olduğu beynəlxalq müqavilələrdənirəli gələn öhdəliklər Ermənistan tərəfindən nəinki nəzərəalınmamış, əksinə həmin sənədlərdə təsbit olunmuş fundamental insanhüquq və azadlıqları daha geniş şəkildə və kobud formada pozulmağadavam etmişdir.

Beynəlxalq sənədlər Ermənistanın üzərinə, onun ərazisindənqovulmuş azərbaycanlıların hər hansı bir ayrı-seçkiliyə yolverilmədən, sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətləqayıtmasına şərait yaratmaq da daxil olmaqla, onların hüquqlarınınbərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Buna görədə vaxtilə indiki Ermənistan ərazisindəki tarixi torpaqlarındanqovulmuş azərbaycanlıların öz vətənlərində yaşamaq hüququna malikolmaları, əzəli, toxunulmaz, mütləq və həlledici bir faktor kimiqəbul edilərək təmin olunmalıdır. Ermənistanın milli hüquqiçərçivəsi azərbaycanlılar üçün əlçatan olması məqsədilətəkmilləşdirilməli, onların bərabər hüquqları təmin olunmalı, anadillərində təhsil almaq, qanunvericilik, icra və məhkəməhakimiyyəti orqanlarında Azərbaycan dilindən istifadəyə imkanyaradılmalıdır.

Hesab edirəm ki, 300 minə yaxın azərbaycanlının indikiErmənistan ərazisindən qovulması dünyada presedenti olmayanədalətsiz qərar kimi pislənilməli, onların ləyaqətli və təhlükəsizqayıdış hüququnun təmini daim beynəlxalq ictimaiyyətin diqqətindəolmalı, bu vəziyyətin davam etməsi beynəlxalq sülh vətəhlükəsizliyə təhdid kimi qəbul edilməlidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq, bundan dərin təəssüf hissi keçirdiyimizibildirərək, beynəlxalq təşkilatları, xarici ölkələrinombudsmanlarını və milli insan hüquqları təsisatlarını ikilistandartlara yol vermədən, beynəlxalq hüququn hamılıqla qəbuledilmiş norma və prinsipləri əsasında Azərbaycana münasibətdəqətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə dəvət edir, eynizamanda sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədiləaşağıdakı məsələlərlə bağlı qəti addımlar atmağa çağırıram:

1. Ermənistanın sabiq prezidentinin etiraflarında yer alandəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədətəsirli tədbirlərin görülməsi;

2. Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi vəetnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımıaktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruzqalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öztarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışınıntəmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezlikləbərpa olunmasına dəstək göstərilməsi;

3. İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixiyurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalqhüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq vəazadlıqlarının qorunmasına təminat verilməsi;

4. Azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəliftəyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlaravurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınmasısəbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi,mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərinqarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistanhökuməti tərəfindən təmin edilməsi;

5. İndiki Ermənistan ərazisində və işğal dövründə AzərbaycanınQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindəazərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrinErmənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi,mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizmsiyasətinə məruz qalmasının beynəlxalq cinayət kimiqiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılması;

6. Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi,etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdənçəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasınayol verilməsinin qarşısının alınmasının tələb edilməsi;

7. Azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslinformalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağanedilməsi;

8. Dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılaravə Azərbaycana qarşı nifrət zəminində çıxışlarına sonverilməsi.

Ümid edirəm ki, beynəlxalq insan hüquqları təşkilatları, xariciölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları,bütövlükdə isə dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşacaq vəAzərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətli şəkildəaraşdırılmasına, həmçinin azərbaycanlıların hüquqlarının bərpasınaöz dəstəyini əsirgəməyəcəklər”.

Məqalədə:
Seçilən
5
12
az.trend.az

8Mənbələr