Gürcüstanda keçmiş baş nazir hücuma məruz qaldı
Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariya Batumidə oteldə hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında Gürcüstanın Batumi şəhərində baş verib.
Üz nahiyəsindən xəsarət alan Qaxariya xəstəxanaya yerləşdirilib, müayinə olunub və artıq evə buraxılıb.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin “Zorakılıq” maddəsi ilə (126-cı maddə) cinayət işi açıb.