AZ

Ötən il Azərbaycanda 1545 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib

2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.597.229 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 faizi (12 896) yerli investisiyalı, 10,7 faizi (1545) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9.780-i Asan İmza ilə, 2.221-i “Finkod + mobil nömrə” üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40.416 vahid təşkil edərək əvvəlki illə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2025-ci ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan 125.696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilin əvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 faiz artıb.

Seçilən
1
9
apa.az

10Mənbələr