Bakıda intihar hadisəsi olub.
Hurriyyet.az xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib.
25 yaşlı Murad İbrahim oğlu Kərbalıyev 17 mərtəbəli binanın 17-ci mərtəbəsinin eyvanından özünü atıb. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
lent.az