AZ

Afrikada virus epidemiyası – Ölənlər var

Tanzaniyanın şimal-qərbində Marburq virusu olduğu güman edilən virus epidemiyası yayılıb.

Olaylar.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Epidemiyanın artıq azı 8 nəfərin həyatına son qoyduğu deyilir. Bundan bir neçə həftə əvvəl bu xəstəliyə kütləvi yoluxma halları qonşu Ruandada qeydə alınmışdı.

Hemmoragik qızdırma ilə müşahidə olunan bu xəstəliyə yoluxan insanlarda fəsadlaşma hallarında ölüm riski 88% təşkil edir. Qeyd edək ki, "Marburq" virusu insanlara Şərqi Afrikanın endemik mənşəli meyvə yarasalarından keçən "Ebola" virusu ilə eyni virus ailəsindəndir.

Hazırda bu virusa qarşı təsdiq olunmuş peyvəndin və ya müalicə metodunun olmadığı bildirilir. Xəstəliyin inkubasiya müddəti 2 gündən 21-günə qədər uzana bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr