Xocalı. Trend:
Dünya cənnətə dönsə də, Vətənin yerini heç nə vermir. Ölkəmizinhər yeri bizim üçün Vətəndir. Amma hara getsək də, harada yaşasaqda, qəlbimiz hər zaman doğma yurdumuz Qarabağla döyünüb.
Bu sözləri Trend-in bölgə müxbirinə açıqlamasında XocalınınBallıca kəndinə qayıdan keçmiş məcburi köçkün Şura Əliyevdeyib.
“30 ildən də çox bir müddətdə doğma yurdumuzdan ayrı qaldıq. Butorpaqlara qayıtmaq əlçatmaz bir arzu kimi görünürdü. Ancaqürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çoxşükürlər olsun ki, arzularımız gerçəyə çevrildi”.