Yanvarın 15-də Şuşa, Xocalı və kəndinə ümumilikdə 135 nəfər olmaqla 28 ailə yola salınıb. Bu barədə Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bilidirlib.
Belə ki, Şuşaya 8 nəfər olmaqla 2 ailə, Xocalıya 25 nəfər olmaqla 6 ailə, Xocalının Ballıca kəndinə isə 102 nəfər olmaqla 20 ailə yola salınıb.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib.
Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.
Son 4 ildə Qarabağın yenidənqurulmasına və bərpasına 22 milyard manata yaxın vəsait xərclənib.
Növbəti il üçün proseslərin davamına 4 milyard manat ayrılması proqnozlaşdırılır.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az