Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror qruplaşması PKK-ya qarşı sərhədyanı əməliyyatlarını davam etdirir.
"Unikal" xəbər verir ki, sonuncu əməliyyat İraqın Süleymaniyyə şəhərində keçirilib.
Bildirilir ki, keçirilən əməliyyatda terror təşkilatının İrandakı strukturu YRK-nın qurucularından olan Amed Serhed kod adlı İslam Dotkanlou və onun mühafizəçisi Şivan Çiya kod adlı Akam Şahe zərərsizləşdirilib.
İranda anadan olan İslam Dotkanlou 2002-ci ildə terror təşkilatı PKK/KCK-nın kənd kadrlarına qoşulub. Daha sonra Türkiyəyə gedərək Diyarbəkir və Bitlis kəndlərində bir çox terror aktlarında iştirak edib.
Gülayə Mecid