AZ

Qərb ölkələri Ukraynaya hərbi dəstəyi artırır

Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa Ukraynanın hərbi sənayesinə dəstəyini artırmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə yuxarıda adı çəkilən Avropa ölkələrinin nazirləri məlumat verib. Nazirlərin görüşü dünən Polşanın paytaxtı Varşavada baş tutub. “Əgər pul və istehsalı həyata keçirmək imkanı olsa, o zaman Ukrayna özünü hərbi materiallar və silahlarla daha tez təmin edə biləcək”, – Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Polşa dövlətinin hərbi departamentinin rəhbəri Vladislav Kostinyak-Kamiş də Ukraynanın hərbi sənaye potensialının hələ tükənmədiyini qeyd edib. Kostinyak-Kamişin sözlərinə görə, bu məsələ Ukraynanın müdafiə naziri Rustem Umerovla danışıqların əsas mövzusu olub. Sonuncu telekonfrans vasitəsilə müzakirələrdə iştirak edib. Yeri gəlmişkən, Polşa cari ili hərbi sənaye ili elan edib və Avropanın hərbi potensialının gücləndirilməsi vacib hesab edilir.

Seçilən
9
veteninfo.az

1Mənbələr