Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri Hans-Georg Maassen yeni sağçı "Werteunion" partiyası yaradıb.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Maassen 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin rəhbəri vəzifəsindən qovulub. İfrat sağçı təşkilatların təhdidinə məhəl qoymamaqda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
Havar Şəfiyeva