AZ

"Embawood" atmosferi çirkləndirdiyinə görə cərimələnib

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə (DETX) daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Demokrat.az xəbər verir ki, bunu DETX-nin rəsmisi Asif Məcidov bildirib.

O qeyd edib ki, DETX-nin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Seçilən
0
30
demokrat.az

10Mənbələr