AZ

Naxçıvanda bank əmanətləri 51 % artıb

2024-cü il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasındakı banklarda 24,4 milyon manat əmanət olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 2023-cü il dekabrın 1-i ilə müqayisədə 51,1 % çoxdur.

Məlumata görə, əmanətlərin 94,9 %-i milli, 5,1 %-i xarici valyutada qoyulub, son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 51,8 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 39,1 % artıb.

Seçilən
0
2
report.az

3Mənbələr