AZ

Ötən il ölkədə orta illik inflyasiya 2 %-dən çox olub

2024-cü ildə ölkədə orta illik inflyasiya 2,2 %, əvvəlki aya nisbətən 101 faiz, yanvar-dekabrda isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin  dekabrında  istehlak qiymətləri indeksi 2023-cü ilin dekabrıa nisbətən 104,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106,3 faiz təşkil edib.
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Aytac


www.anews.az
Seçilən
0
3
anews.az

10Mənbələr