Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Turkustan.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirib ki, yanvarın 12-də Ümumrusiya Dövlət Televiziyasında yayımlanan “Həftənin xəbərləri” proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar səsləndirilib.
Bu səbəbdən səfirə rəsmi şəkildə etiraz notası təqdim edilib./globalinfo.az/