AZ

Qırmızı Xaç təmsilçiləri separatçılara baş çəkdilər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayında Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

"Cebheinfo.az" xəbər verir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

"Cebheinfo.az"

Seçilən
6
9
cebheinfo.az

10Mənbələr