AZ

Buz barmağını yandırdı -Xəstəxanalıq oldu-FOTO

Türkiyədə Bayburtda barmağına səhvən buz vurması nəticəsində əlindən 2-ci dərəcəli yanıq xəsarəti alan Ömər Faruk Bayram Ərzurum Şəhər Xəstəxanasında müalicə olunub.

Medicina.az xəbər verir ki, Bayburt Universiteti İdman Elmləri fakültəsinin 2-ci kurs tələbəsi 19 yaşlı Bayram dekabrın 13-də idman zalında basketbol oynayarkən sol üzük barmağını zədələyib. Daha sonra o, buzu barmağının üstünə qoyub.

Buzu tutaraq evə gedib bir müddət gözlədikdən sonra barmağı çox ağrıyan Bayram Bayburt Dövlət Xəstəxanasının Təcili Tibbi Yardım xidmətinə, oradan da ortopediya poliklinikasına müraciət edib.

Barmağında qan dövranı zəif olan və 2-ci dərəcəli yanıq xəsarəti alan Bayram Ərzurum Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzinə göndərilib.

Burada müalicə alan Bayramın barmağı erkən müdaxilə və aparılan müalicələr nəticəsində kəsilməkdən xilas olub.




"Buzu birbaşa dəriyə tətbiq edərək səhv etdim"

"Buzu birbaşa dəriyə tutdum. Uzun müddət gözlətdiyim üçün barmağımı yandırdı,çox şişdi”. Soyuq yanıq ağrısı çox pisdir, bu qədər əziyyət çəkəcəyimi bilmirdim. Dəriyə birbaşa buz sürtməməliydim, diqqətim dağıldı və buzu barmağımda uzun müddət saxladığım üçün soyuqdan barmağım yandı”.


Ərzurum Şəhər Xəstəxanası Yanıq Müalicə Mərkəzi Müdiri Dos. Dr. Ayətullah Temiz sol barmağının burxulması nəticəsində xəsarət alan xəstənin barmağına səhvən buz vurduğunu bildirib:

"Birbaşa və uzun müddət buz tətbiq etmək düzgün deyil. Heç vaxt buzu çılpaq şəkildə yaralı bölgəyə qoymamalısınız. Parçaya və ya dəsmala bükülüb tətbiq olunmalıdır. Uzun müddət saxlamamalısınız. Bu, soyuq yanıqlara səbəb olur".


“Qan dövranının pozulması nəticəsində ətrafların itkisi baş verə bilər”.

Zədələnmiş yerə qoyulan buzun ödemi aradan qaldırdığını vurğulayan Temiz, "Xəstənin barmağında qan dövranı pozulmuşdu, ona görə sarğı və müalicə tətbiq etdik. Belə hallarda xəstə barmağını da itirə bilər", - dedi.

Aygün Nəbiyeva
Medicina.az

Seçilən
8
medicina.az

1Mənbələr