Bu günə qədər Bakıda 30-dan çox küçə və prospektdə ümumilikdə 100 km-dən çox avtobus zolaqları təşkil edilib.
Bu barədə Ekologiya.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, AYNA avtobus zolaqlarının istifadəsini genişləndirir: "Mərhələli şəkildə digər ünvanlarda da xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılıb".