AZ

Peskov: "Rusiya Amerikanın neft sənayesinə qarşı sanksiyalarına cavab hazırlayır"

Rusiya Amerikanın neft sənayesinə qarşı sanksiyalarına Moskvanın maraqlarına cavab verəcək cavab hazırlayır.

"Yeni Azərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Burada söhbət qeyri-qanuni tədbirlərin nəticələrini minimuma endirən və ilk növbədə ölkəmizin və şirkətlərimizin maraqlarına cavab verən tədbirlərin görülməsindən gedir", - Kremlin rəsmi nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, Rusiya tərəfi hazırda vəziyyəti təhlil edir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar elan edib. Yeni məhdudiyyətlərə “Qazpromneft” və “Surqutnefteqaz”, Rusiya neft tankerlərini daşıyan sığorta şirkətləri, eləcə də bir sıra rəhbər işçilər daxildir.
 

Havar Şəfiyeva

Seçilən
6
yeniazerbaycan.com

1Mənbələr