AZ

Ermənistan Rusiyaya NOTA verdi

Yanvarın 15-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.

 

Senzor.az yerli KIV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, buna səbəb cari il yanvarın 12-də Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlərin səsləndirilməsi" olub.

 

"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.

Seçilən
0
1
senzor.az

3Mənbələr