AZ

Təcili yardım maşını niyə qapısız idarə edilib? - CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıtda təcili tibbi yardım avtomobili qapısız idarə edilib. Görüntü sosial şəbəkə platformalarında yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin video bu il yanvarın 15-də Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid və xidmətdən kənarda olan sanitar avtomobil təmirə göndərilərkən çəkilib.
"Avtomobilin qapısında nasazlıq yarandığı üçün Sumqayıt bölməsinin qarajına təmirə göndərilib və artıq təmir edilən təcili tibbi yardım avtomobili təkrar xidmətə buraxılıb", - deyə məlumatda bildirilib.
Aləmdə Nəsib
Seçilən
11
48
oxu.az

10Mənbələr