AZ

Sazişdən sonra Ermənistanda müharibə qaçılmazdır - Melik-Şahnazaryan  

“Ermənistan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında göstərilən tələskənlik göz qabağındadır. ABŞ bu sənədlə yanvarın 17-də Moskvada hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Rusiya və İran prezidentlərinə salamlar göndərir".

Ölkə.Az xəbər verir ki, bunu politoloq Qrant Melik-Şahnazaryan deyib.
 
Onun sözlərinə görə, sənədi diqqətli oxuyan görər ki, orada İran və Rusiyanı narahat edən çoxlu müddəalar var. "İmzalanan xartiya mahiyyət etibarilə Ermənistanı ABŞ-ın regionda nəzarət proqramlarının həyata keçirilməsi üçün alətə çevirir ki, bu da hər an həm Moskvaya, həm də Tehrana qarşı istifadə oluna bilər. Bu, ən azı, qarşıdurma demək olacaq. Təəssüf ki, Ermənistan aparıcı təsir mərkəzlərinin geosiyasi maraqlarının toqquşması üçün platforma olmaqda davam edir və bu, bizim üçün çoxlu təhlükələr yaradır", - o qeyd edib.

Politoloq əlavə edib ki, Ermənistan hakimiyyəti Rusiya və İranla münasibətləri ardıcıl olaraq gərginləşdirir: "Bu, əməkdaşlıqdan imtina kimi görünmür, daha çox konkret münaqişədir. Ermənistan bu münaqişədən nə qazana bilər? Təbii ki, yalnız yeni itkilər. Ölkəmizin Azərbaycan, Türkiyə, İran və Rusiya ilə demək olar ki, bütün bu münaqişələrə tab gətirə biləcəyinə hansı təminatlar var? Belə bir zəmanət yoxdur. Bəs Paşinyan hökumətinin əsl məqsədi nədir?

Ötən gecə Paşinyanla Mirzoyan müharibəni ölkəmizin sərhədlərinə bir addım da yaxınlaşdırdılar. Qorxuram ki, bu artıq qaçılmazdır”. 

Mürtəza
Ölkə.Az

Seçilən
3
1
olke.az

5Mənbələr