ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniya səfiri Fergus Old Stalin repressiyalarının qurbanı, dramaturq Hüseyn Cavidin heykəlinin önündə Aleksey Navalnının xatirəsinə yaranan körtəbii Memorialın önünə çiçək qoyublar.
ABŞ səfiri Facebook-dakı səhifəsində həlak olan müxalifətçinin ailəsinə başsağlığı verib: "Aleksey Navalnının həyat yoldaşına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünyada azadlıqsevərlər onun cəsarətini unutmayacaqlar".
Öz növbəsində, Böyük Britaniya səfiri Tvitter-dəki hesabında belə yazıb: "Bu gün biz ABŞ səfiri Mark Libbi ilə birlikdə Rusiyada azadlıq və demokratiya uğrunda cəsur mübariz Aleksey Navalnının xatirəsini yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə çiçək qoyduq".
Qeyd edək ki, Hüseyn Cavidin abidəsi önündə Navalnının fotoşəkli və çiçəklər fevralın 19-da qoyulub.