Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Demokrat.az xəbər verir ki, hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.2 milyard manat olub.
1 yanvar 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib.
Bankın 1 yanvar 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Ətraflı məlumat: //kbl.az/drhp
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - //kbl.az/prcrc.
10Mənbələr
-
demokrat.azƏmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrini ictimaiyyətin diqqətinə təqdim edir ( 15063003)
-
axar.azÖtən il ən çox mənfəət əldə edən bankların siyahısı ( 15039889)
-
teleqraf.comBankların biznes kreditləri portfeli üzrə renkinqi- TOP-5 ( 15033773)
-
az.trend.az“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərində danışıq dəqiqələri və internet təqdim ediləcək ( 15025987)
-
yeniavaz.comBankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı ( 15013607)
-
yeniavaz.comBankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı ( 15013603)
-
yenisabah.azPensiyaların nə qədər artırılacağı dəqiqləşdi: 14.3 və 8 faiz... ( 14976035)
-
marja.azEtibarlı və güclü Azərbaycan şirkətinin 12 faiz gəlir təklif edən istiqrazlarına abunə yazılışı başladı ( 14924445)
-
tribunainfo.azSon 2 ildə bankların depozit portfeli necə dəyişib? – Tam siyahı ( 14859187)
-
banco.azAktivlərin illik dinamikasına görə bankların renkinqi (IV rüb, 2024) ( 14852801)