AZ

Bayden vida məktubu yazdı - Son sətirlər...

ABŞ-ın təqaüdə çıxan prezidenti Co Bayden vida məktubu ilə ölkəyə vida edib.

Milli.Az xəbər verir ki, seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmış Bayden məktubunda siyasətdə xidmət etməyi "həyatımın imtiyazı" adlandırıb.

Vida məktubunda Bayden Birləşmiş Ştatlara 50 ildən çox xidmət etməsi ilə qürur duyduğunu dilə gətirib və bunu "həyatının ən böyük şərəfi" olduğunu vurğulayıb.

"Bu gün bizim ölkənin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır və mən rekord sayda - 16.6 milyon yeni iş yeri yaratmışam. Əmək haqları qalxıb. İnflyasiya səviyyəsi isə aşağı düşməyə davam edir", - o oval kabinetindən Amerika xalqına edəcəyi canlı çıxış öncəsi paylaşdığı məktubunda qeyd edir.

Uğurlarını sadalayan Bayden dörd il əvvəl hakimiyyətə gələndə ölkənin əsrin ən böyük pandemiyasına yoluxduğunu, Böyük Depresiyya illərindən bəri ən ağır iqtisadi böhranın olduğunu və ABŞ demokartiyasına Vətəndaş Müharibəsindən bəri ən böyük hücumların olduğunu bəyan edib.

Vida məktubunda Bayden 50 ildən çox ölkəyə xidmət etməyi həyatının ən böyük şərəfi adlandırıb.

Fidan
Milli.Az

Seçilən
2
8
milli.az

10Mənbələr