AZ

Bakıda prokuror işdən çıxarıldı - 15 nəfərə xəbərdarlıq olundu » AzadMedia.az


Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, Bakı şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib.

Bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Bundan başqa, 15 əməkdaşa xəbərdarlıq edildiyi bildirilib.
Seçilən
0
7
azadmedia.az

9Mənbələr