AZ

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 25 Rusiya və 25 Ukrayna əsgəri azad edilib.Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsi həyata keçirilib.Açıqlamada "Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən 25 rus əsgəri çıxarılıb. Bunun müqabilində 25 Ukrayna əsgəri verilib. Sərbəst buraxılan rus əsgərləri Belarusdadır və lazımi tibbi və psixoloji dəstək ilə təmin edilir. Əsgərlərimiz nazirliyə aid sağlamlıq ocaqlarında müalicə almaları üçün Moskvaya gətiriləcək" qeyd edilib.Ukrayna prezidenti Volodimir Zelenski də sosial media hesabında məhbus mübadiləsi ilə bağlı "25 əsgərimiz və mülki vətəndaşımız evlərinə qayıdır. Onların ağır yaraları və xəstəlikləri var. Onların hər birinə lazımi tibbi yardım göstəriləcək" açıqlama verib.Sərbəst buraxılan əsgərlərdən bəzilərinin Mariupol və Azovstal Metallurgiya Zavodunda, həmçinin Xarkov, Donbas, Zaporojya və Xerson vilayətlərində baş verən qarşıdurmalarda iştirak etdiyini qeyd edən Zelenski BƏƏ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.Qeyd edək ki, 30 dekabr 2024-cü ildə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində 300-dən çox rus və ukraynalı əsgərin ölkələrinə qayıtdığı bildirilmişdi.

Seçilən
14
2
afn.az

4Mənbələr