AZ

"Embafinans" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC-nin istiqrazları üzrə hərrac 17 yanvar 2025-ci il tarixində keçiriləcək.

Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, 13 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “EMBAFİNANS” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2013020600

İstiqraqzların növü və forması:  İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli

İstiqrazların sayı:  2000 (ədəd)

İlkin ticarət qiyməti:  1000 AZN

Buraxılış həcmi:  2 000 000 AZN

İllik gəlirlilik faizi:  12.5%

Ödəmə periodu:  Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddəti:  1 il

Ticarətə buraxılma tarixi:  17.01.2025

Anderrayter: “Unicapital İ.Ş.” ASC

Seçilən
1
marja.az

1Mənbələr