AZ

HƏMAS Qəzza razılaşmasını vasitəçilərə təhvil verdi

HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” mənbəyə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, hərəkatın Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti vasitəçilərə, Qətərə və Misirə hərbi əməliyyatları dayandırmağa və saxlanılanları azad etməyə hazır olduqlarını təsdiqləyib.
 

HƏMAS öz cavabının vasitəçi dövlətlərə ötürüldüyünü rəsmən təsdiqləyib.
 

Bundan əvvəl adının açıqlanmasını istəməyən İsrail administrasiyasının rəsmisi bildirib ki, HƏMAS Qətərin vasitəçiliyi ilə atəşkəs və girovların qaytarılmasına razılaşıb.

Bir gün əvvəl Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari Qəzza zolağında münaqişə tərəfləri atəşkəs sazişinin bağlanması yolunda əsas maneələri dəf ediblər. Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi dəqiqləşdirib ki, hazırda sazişlərin qüvvəyə minməsinin elan edilməsi üçün konkret tarix yoxdur.

İnci

Seçilən
7
50
sfera.az

10Mənbələr