“Georgian Airways” aviaşirkəti Tbilisidən Novosibirskə bütün uçuşları dayandırmaq qərarına gəlib.
Editor.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti yazıb. Qeyd olunur ki, bu marşrut üzrə sonuncu reys yanvarın 17-də həyata keçiriləcək. Uçuşların martın 17-də bərpa olunacağı məlum olub.
Onu da əlavə edək ki, Gürcüstan Hava Yollarının Tbilisidən Moskva və Sankt-Peterburqa reysləri adi rejimdə – gündə iki və həftədə iki dəfə yerinə yetiriləcək.
//Samir Qurbanov, Editor.az