AZ

"Bayer"lə matçlar 2024-cü ilin ən yaddaqalan anları oldu" - "Qarabağ"ın keçmiş qapıçısı

"Qarabağ"ın sabiq qolkiperi, hazırda “Dinamo”nun (Moskva) formasını geyinən Andrey Lunyov Rusiya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “TASS” agentliyinə danışan qolkiper 2024-cü ildə ən yaddaqalan hadisəni xatırlayıb:

"Ötən il kifayət qədər məhsuldar, normal keçdi. 2024-cü ildə ən yaddaqalan hadisələr yəqin ki, Avropa Liqasındakı oyunlar oldu.

Konkret desək, təbii ki, "Bayer"lə matçları nəzərdə tuturam".

“Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə iki oyunun cəminə (2:2, 2:3) görə uduzmuşdu. 2024-cü ilin iyulunda Lunyov “Qarabağ”dan ayrılaraq “Dinamo”ya keçmişdi.

Seçilən
25
sportinfo.az

1Mənbələr