İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında baş verən partlayışdan sonra xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.
"Operativ Media" xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) verdiyi açıqlamada, Şimali Malukudakı Halmahera adasının şərqindəki İbu vulkanının püskürmə zamanı vulkanik kül səpdiyi bildirilib.
Açıqlamada təqribən 2 dəqiqə davam edən partlayışdan sonra vulkandan 4 kilometr aralıda tüstünün qalxdığı, bölgədə müvəqqəti təxliyyə məntəqələrinin müəyyən edildiyi və bölgə sakinlərinin təxliyyəyə hazır olduqları bildirilib.
Açıqlamada vulkanın vulkanik fəaliyyətinin tədqiqi nəticəsində xəbərdarlıq səviyyəsinin ən yüksək səviyyəyə qaldırıldığı, ictimaiyyətin dağa 4 kilometrdən artıq yaxınlaşmamağa çağırıldığı bildirilib.
"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.