“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan kubokunda 1/4 finalın ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib. Əzəli rəqiblərin qarşılaşması bərabərliklə başa çatıb – 1:1.
“Panatinaikos”da Filip Dyuriçiç (51), “Olimpiakos”da isə Roman Yaremçuk (75) fərqlənib.
Komandalar arasındakı cavab görüşü fevralın 5-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.