AZ

Dəmir yolu qəzasında ölənlər var – Nazir müavini işdən azad edildi

Bolqarıstanın baş naziri Dimitar Qlavçev dəmir yolu qəzasından sonra nəqliyyat və kommunikasiyalar nazirinin müavini Biser Minçevi vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan hökumətin mətbuat xidməti məlumat yayıb:“Nazirlikdə dəmir yolu nəqliyyatına cavabdeh olan Minçev nəqliyyat və rabitə naziri Krasimir Stoyanovun təklifi ilə iki yük qatarının toqquşması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar tutduğu vəzifədən azad edilib”, – məlumatda deyilir.  Qeyd olunur ki, “Railway Infrastructure”  şirkətində də istefalar gözlənilir.

Sofiya yaxınlığında, Kremikovtsi vağzalında iki yük qatarı toqquşub. Sofiya polisinin rəisi Lyubomir Nikolovun brifinqdə verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, altı nəfər ağır yaralanıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
10
3
konkret.az

10Mənbələr