AZ

9 bal gücündə zəlzələ OLACAQ

Yaponiya güclü zəlzələyə hazırlaşır. Belə ki, 8-9 bal gücündə təkanların baş vermə ehtimalı kəskin artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin seysmik aktivliyin tədqiqi komissiyası xəbərdarlıq edib.

Mütəxəssislər yaxın 30 ildə belə bir zəlzələnin baş vermə ehtimalını 80 faiz hesab edirlər. Bunun Honsyu adasının cənub-şərqində Nankay qırağında baş verəcəyi proqnozlaşdırılır. Nəticədə 323 min insan qurban ola bilər.

Növbəti 40 il ərzində belə bir təbii fəlakətin baş vermə ehtimalı 90 faizə qədər artır, növbəti 50 ildə isə 90 faizi ötür. Sonuncu dəfə Nankay qırağında 8 bal gücündə dağıdıcı zəlzələ 21 dekabr 1946-cı ildə baş verib.

Yanvarın 13-də Yaponiyanın Kyushu adasının cənub-şərq sahilləri yaxınlığında 6,4 bal gücündə zəlzələ qeydə alınıb ki , bu da güclü hesab olunur. Epidemiya suyun altında 30 kilometr dərinlikdə olub. Beş bal gücündə zəlzələ bütün Kyuşu sakinləri tərəfindən hiss olunub.

Türkan İSGƏNDƏRLİ

Seçilən
9
2
redaktor.az

10Mənbələr