AZ

Adil Kərimli Kayrat Sarıbayla görüşüb

Image

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb. Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib.

Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində diqqətəlayiq işlər görür, bu sahədə bütün təşəbbüslərə dəstək verir.

Görüşdə mədəni irsin qorunması, təbliği, yaradıcı sənayelər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətləb Salahov







Seçilən
11
3
baki-xeber.com

10Mənbələr