AZ

TDT-nın Baş katibi: "Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan çətinliklərlə üzləşir"

Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

"Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Türk Dünyasına Baxış 2040 strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Ötən dövr ərzində TDT regionunda üzv dövlətlərin dəstəyi ilə ölkələrimiz arasında gömrük əməkdaşlığının gücləndirilməsi istiqamətində səylər göstərmişik. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında sərhədlərin rəqəmsallaşdırılmasının başladılması ilə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik", - o vurğulayıb.

Seçilən
12
9
report.az

10Mənbələr