AZ

Rəisi ilə razılaşdılar, Pezeşkianla imzalayacaqlar – Detalları gizlədilən saziş

Rusiya və İran arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinin detalları keçmiş prezident İbrahim Rəisinin dövründə razılaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Analitik sözügedən sazişlə bağlı bir sıra məqamlara diqqət çəkib:

“Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin detalları haqqında açıq mənbələrdə məlumatlar yoxdur. Premium xidmətlərdən istifadə ilə əldə olunan məlumatlar da açıq deyil.

Sənədin mahiyyəti haqqında ümumi fikirlərim belədir;

- İki ölkə arasında imzalanması nəzərdə tutulan hərtərəfli strateji tərəfdaşlıq sazişi hər iki ölkə üçün uzunmüddətli öhdəliklər yaradır;

- Hər iki ölkə kritik məqamlarda qarşılıqlı dəstək zəmanəti əldə edir;

- Hər iki ölkə bir-birinin Qərb və ABŞ ilə münasibətlərinə nəzarət etməyə çalışır.

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi mediada təqdim olunmağa çalışılan kimi, Trampın inaqurasiyası ərəfəsi ekspromt imzalanmır. Hərtərəfli strateji tərəfdaşlıq sazişinin detalları hələ İbrahim Rəisinin dövründə razılaşdırılıb”.

Xatırladaq ki, sözügedən sazişin yanvarın 17-də Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında imzalanacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
2
teleqraf.com

3Mənbələr