AZ

"Göktürk Group" barəsində tədbir görüldü

Binəqədi Rayon Məhkəməsində "Göktürk Group" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən, şirkətə cərimə kəsilib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 16 Yanvar 2025, 11:33   
Seçilən
13
2
pravda.az

10Mənbələr