AZ

Emil də Azərbaycana qayıda bilər!

“Polesye”də çıxış edən soydaşımız Emil Mustafayev klubunu dəyişə bilər.

Ukrayna mediası iddia edib ki, Odessanın "Çernomorets" klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi nəzərdən keçirir. Lakin bu, kluba tətbiq edilən transfer qadağası aradan qaldırılandan sonra mümkün ola bilər. Həmçinin qeyd olunub ki, Emilə Azərbaycan klublarından da təklif var! Mustafayevin artıq həm Azərbaycan millisində, həm də Ukrayna klublarında təcrübəsi var ki, bu da onu bir neçə komanda üçün cəlbedici namizədə çevirir.

Qeyd edək ki, Emil ötən ilin martından əsas millimizdə oynamağa başlayıb. O, klub karyerasında isə daha əvvəl Ukraynanın “Aleksandriya” komandasının formasını geyib. Mustafayev cari mövsümdə “Polesya”nın heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.

Seçilən
15
football-plus.az

1Mənbələr