AZ

“Bank Respublika” 2024-cü ili rekordla başa vurdu 

Ölkənin ən böyük banklarının TOP-5-nə daxil olan Bank Respublika 2024-cü ili müsbət nəticələrlə bitirib. 

“Yeni Sabah”ın məlumatına görə, bank bütün göstəricilər üzrə artım nümayiş etdirib.  Bankın acıladığı hesabata əsasən, Bank, Azərbaycanda bank xidmətləri bazarındakı lider mövqelərini daha da gücləndirib və ötən illə müqayisədə bütün maliyyə göstəriciləri üzrə dinamik inkişaf nümayiş etdirib:

•    Bankın aktivləri artaraq 2,18 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

•    Bankın məcmu kapitalı 34% artaraq 222,23 milyon manat təşkil edib, bu isə tənzimləyici normadan 4 dəfə çoxdur.

•    Bankın kredit portfeli 25% artaraq 1,47 milyard manat təşkil edib.

•    Bankın xalis faiz gəliri 29% artaraq 150,54 milyon manat olub.

•    Bankın xalis əməliyyat mənfəəti 31%-dən çox artaraq 68,66 milyon manat olub.

•    Bankın xalis mənfəəti 26% artaraq 50,57 milyon manat təşkil edib.

Böyük müqavilələr

2024-cü il Bank Respublika üçün beynəlxalq əlaqələr baxımından da əhəmiyyətli olub. Şirkətin yeni rəhbərliyinin apardığı düzgün siyasətin nəticəsi olaraq böyük beynəlxalq layihələrə imza atılıb. Belə ki, Azərbaycanda keçirilən COP 29 çərçivəsində Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzandı. Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.

Bu haqda bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov deyib:

“Biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik”.

Uğurlu idarəetmə

COP29 çərçivəsində Bank Respublikanın daha bir uğuru isə Niderland İnkişaf Bankı (FMO) ilə Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə imzalanan saziş oldu. Bu sazişə görə, «Bank Respublika»ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində yaşıl kredit ayrılacaq. Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.

Yenə T. İsmayılovu dinləyək: 

“Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühüm tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının “Bank Respublika”ya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir”. 

Bank Respublikanın 2024-cü ildə daha bir uğuru, o, “İlin Bankı” adına layiq görüldü. Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi. Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.

Yeni hədəflər

“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qurumun 2024-cü il uğurları haqda deyir:

“2024-cü il bizim üçün yeni çağırışlar və böyük uğurlar ili oldu. Bu nailiyyətlər, ölkəmizin bütün sahələrdə dayanıqlı inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şərait sayəsində əldə edilib. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və loyallıqlarına görə, eləcə də müştərilərimizə və tərəfdaşlarımıza göstərdikləri etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminik ki, 2025-ci il bizim üçün yeni perspektivlər və inkişaf imkanları açacaq. Bank Respublika, yeni innovativ həllərin tətbiqi və müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi üzərində aktiv işləməyə davam edərək maliyyə sektorunun liderlərindən biri kimi öz mövqeyini gücləndirəcək”.

Bildirək ki, Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) da yer alıb.


Telegram kanalımız
Seçilən
66
1
yenisabah.az

10Mənbələr