AZ

ABŞ-ın “qara yarası” Blinkenin arzuları ürəyində qaldı

"Saman altından su yeridən" siyasi xadimlər çox təəssüf k, ölümündən sonra da nələtlənirlər. Buna səbəb təkcə belə siyasilərin şərəf və ləyaqətsiz olması deyil, həm də yürütdüyü zərərli siyasətlə beynəlxalq aləmə vurduğu ziyandır. Fəaliyyəti boyu dövlətlər arasında nifaq salmaq, millətlər və xalqları qarşı-qarşıya qoymaq, kasıb dövlətlərdən maşa kimi istifadə etmək və ən nəhayət ac-yalavac insanların ah-naləsindən həzz alan bu tipli siyasətçilər əlbəttə ki, bu lənətə layiqdirlər. Çox təəssüf ki, belə naqis siyasətçilər dünyaya demokratiya dərsi keçən, özünü sülh və ədalət carçısı kimi təqdim edən ölkələrdə daha çox rast gəlinir. Çünki, həmin siyasətçilər elə demokratiya, sülh və ədalət pərdəsi altında çirkin fəaliyyətlə məşğul olurlar. ABŞ-ın Bayden aministrasiyasında təmsil olunanlar, xüsusən də bu ölkənin dövlət katibi E.Blinken çox güman ki, sözügedən "imiclə" yadda qalacaqlar. 
ABŞ prezidenti Bayden və onun administrasiyası prezidentlik fəaliyyətinin son günlərində öz sələfinə daha bir problem qoyub gedir. Məlum olduğu kimi ABŞ-la Ermənistan arasında təhlükəsizlik məslələri ilə bağlı saziş imzalanıb. Sözssüz ki, belə bir addımın atılması ABŞ-ın Azərbaycana qarşı xoş olmayan niyyətinin təzahürüdür. Ancaq, iş bununla bitmir, Azərbaycan və Ermənistanı guya sülhə çağıran Bayden administrasiyası öz məkirli niyyətindən əl çəkməkdə maraqlı görünmür. Elə dövlət katibi Blinkenin "Dağlıq  Qarabağ" ifadəsinin işlədilməsini təsadüfi hesab etmək olmaz. Əslində bu riyakarlıq Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, ikiüzlü siyasətin növbəti təzahürüdür. Artıq bir neçə günə öz postunu tərk edəcək E.Blinken "ölüm ayağında" belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir.
Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa - bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident C.Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi əksər  mənfi keyfiyyətlərin daşıyıcısı olan E.Blinkendir.
Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan münasibətlərində də müşahidə olunur. Tərəflər arasında danışıqların arxa plana keçirilməsində Blinkenin rolu Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırmasına gətirib çıxarıb. Nəticədə ABŞ  regionda öz mövqelərini itirməyə məhkum olub. Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun bir siyasətçi kimi əsas məqsədi gedən ayaqda sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan "sülh göyərçini" kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Nə yaxşı ki, Nobel sülh mükafatı "saman altdan su yeridən" siyasətçilərə qismət olmur. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
11
olaylar.az

10Mənbələr