Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb.
“Far.Az” xəbər verir ki, bunu paytaxt təmsilçisinin
“Paris Sen-Jermen” Xviça Kvaratsxeliya ilə müqavilə bağlandığını məmnuniyyətlə elan edir. 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq”, – mətbuat xidməti diqqətə çatdırıb.
Razılaşmaya görə, “Dinamo Tbilisi”nin yetirməsi 2029-cu ilin iyun ayınadək PSJ-də top qovacaq.
İtaliyalı insayder Fabritsio Romano “qırmızı-mavilər”in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.
Xatırladaq ki, daha əvvəl Kvaratsxeliya İngiltərənin “Liverpul” klubunun da maraq dairəsində idi.
Yanvarın 13-də italiyalı jurnalist Nikolo Şira futbolçunun 75 milyon avroya PSJ-yə keçəcəyini açıqlamış, müqaviləsinin 2029-cu ilədək olacağını əvvəlcədən anons etmişdi. Yanvarın 16-da Kvaratsxeliya “Napoli” ilə vidalaşmışdı.