AZ

Uoker yeni klubuna keçməyə razılıq verib

Müdafiəçi Kayl Uokerin yaxın günlərdə "Milan" formasını geyinməsi gözlənilir.

90deqiqe.Az "L’Equipe"yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu A Seriyası klubu ilə müqaviləsinin şərtlərini tam razılaşdırıb. "Milan" indi "Mançester Siti" ilə transfer müqaviləsi bağlamalıdır.

"Rossoneri"lər ingilis futbolçu üçün birdəfəlik almaq variantı ilə icarə təklifi təqdim ediblər. Danışıqlar davam edir və İtaliya klubu uğur qazanacağına əmindir.

Kayl Uoker 2017-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində müdafiəçi 319 oyun keçirib, 6 qol vurub və komanda yoldaşlarına 23 məhsuldar ötürmə edib.

Seçilən
24
21
90deqiqe.az

10Mənbələr