AZ

ABŞ Prezidenti Co Bayden 5 nəfəri əfv edib

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin sonuna yaxın beşnəfəri, o cümlədən 85 il əvvəl vəfat etmiş hüquq müdafiəçisi MarcusGarvey-ni əfv edib.

Trend Ağ Evinbəyanatına istinadən xəbər verir ki, Bayden Marcus Garvey-niölümündən sonra əfv edərək, ABŞ-ın "onun təsirini və hüquqmübarizəsini yüksək qiymətləndirdiyini" və 1923-cü ildəki“ədalətsiz məhkumluğuna” diqqət çəkdiyini bildirib. Garvey poçtfırıldaqçılığı ittihamı ilə beş il həbs cəzasına məhkumedilmişdi.

Bəyanatda həmçinin qeyd olunub ki, Bayden silah zorakılığınaqarşı mübarizə üzrə hüquq müdafiəçisi Darryl Chambers-i də əfvedib. O, 1998-ci ildə qeyri-zorakı narkotik cinayətinə görə 17 ilhəbs cəzası almışdı.

Əfv olunanlar arasında mühacir hüquqları üzrə müdafiəçi RavidatRaqbir, eləcə də iki vəkil Don Scott və Kemba Pradhia da yeralıb.

Bundan əlavə, Bayden 111 il həbs cəzası çəkən bir nəfərin vəömürlük həbs cəzasına məhkum edilmiş bir qadının cəzalarınıyüngülləşdirib. Hər iki şəxs fevral ayında azadlığa çıxacaq.

Seçilən
44
40
az.trend.az

10Mənbələr