İsrail “Həmas” ilə əldə olunan atəşkəs və əsir mübadiləsi çərçivəsində 90 fələstinli məhbusu azad edib. “Həmas”ın İsraillə olan mübadilə əsasında 3 israilli əsiri azad etməsinin ardından gözlənilən addım gəldi. Azad edilən 3 əsir qarşılığında İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığında yerləşən Ofer Hərbi Həbsxanasında saxlanılan 90 fələstinli məhbus sərbəst buraxılıb.
Fələstin mediası azad edilən məhbusların 69-nun qadın, 20-nin uşaq, birinin isə gənc olduğunu bildirərək azadlığa çıxan fələstinlilərin 78-nin işğal altındakı İordan çayının qərb sahilindən, 12-nin isə işğal altındakı Şərqi Qüdsdən olduğunu qeyd edib.
“Həmas”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minməsi ilə 3 israilli əsiri azad etmişdi. İsrail ordusu azad edilən Romi Qonen, Emili Damari və Doron Şteynbrekerin İsrailə çatdığını açıqlayıb.
Xatırladaq ki, razılaşma çərçivəsində ilk mərhələdə 90 fələstinli məhbusu azad edəcəyini öhdəsinə götürən İsrailə gözlər çevrilmişdi.