"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Əl-İttihad" 27 yaşlı futbolçu ilə danışıqlar aparır. Klub De Yonqa görə Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib.
“Barselona” rəhbərliyi bu transfer variantını nəzərdən keçirir. Yaxın vaxtlarda niderlandlı oyunçunun transferi ilə bağlı qərarın veriləcəyi gözlənilir.
"Transfermarkt" portalı De Yonqun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm futbolçu "Barselona"nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.