AZ

19 yaşlı gəncdən ilginc etiraz – Hökumətin qərarına görə bu binanı yandırdı

ABŞ-nin Viskonsin ştatında 19 yaşlı gənc ABŞ hökumətinin TikTok platformasını qadağan etməsinə etiraz olaraq konqresmen Qlen Qrotmanın ofisinin yerləşdiyi binanı yandırıb.

News24.az-ın məlumatına görə, “The New York Times” Fond du Lac polisinə istinadən yazıb ki, yanan bina Viskonsin ştatının respublikaçı nümayəndəsi Qlenn Qrotmanın adına icarəyə götürülüb. Rayon rəsmiləri yanğın törətməkdə şübhəli bilinən şəxsi həbs edib.

Yanğın zamanı binada heç kimin olmadığı bildirilir.

19 yaşlı şübhəli TikTok platformasına qoyulan qadağaya etiraz olaraq binanı yandırdığını etiraf edib.

Amerika mediası Qrotmanın daha əvvəl TikTok əleyhinə danışdığını yazır.

ABŞ-də TikTok, eləcə də CapCut yanvarın 19-da fəaliyyətini dayandırıb.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TikTok-a ölkədə istifadə qadağasından 90 günlük möhlət vermək niyyətində olduğunu açıqlayıb.

ABŞ Ali Məhkəməsi TikTok-un ABŞ sahiblərinə satılmadığı təqdirdə yanvarın 19-na qədər ölkədə qadağan olunmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Aynurə

Seçilən
21
42
news24.az

10Mənbələr